Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Talassemiyasız həyat naminə” - “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcəkdir

03 dekabr 2024 | 10:08

Hörmətli sakinlər, dəyərli səhifə izləyiciləri!


04 dekabr 2024-cu il tarixində saat 10:00-dan 16:00-a dək Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində, Binəqədi Rayon İcra Hakimiyyəti , Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi və AR Səhiyyə Nazirliyi Milli Hemotologiya və Transfizuologiya Mərkəzinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” - “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcəkdir.
Aksiya zamanı yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə iki mindən a rtıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insan var. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarıda iştirak etməyiniz bu xəstəlikdən əziyyət çəkənlərə böyük dəstəkdir.

Keçidlər