Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Tədbirlər Planına uyğun olaraq mərhələli şəkildə asfaltlama işləri davam etdirilir.

05 iyul 2022 | 15:07

Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin aparılması, yaşıllıq sahələrin salınması, məişət tullantılarının ərazidən vaxtında daşınması və s. tədbirlər çərçivəsində işlər davamlı şəkildə həyata keçirilir.

Eyni zamanda, səyyar qəbullarda sakinlərin müraciətlərini nəzərə alaraq, müxtəlif ərazilərdə asfalt örtüyün cari təmiri, sakinlərin sıx məskunlaşdıqları ərazilərdə yeni asfalt örtüyün çəkilməsi işləri təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, mütəmadi həyata keçirilir.

Hazırda rayonun Biləcəri qəsəbəsi Kəngərli küçəsi, Kəngərli küçəsi 1-ci döngə və Dərbəndqala küçəsi 3-cü döngə ərazilərində ümumi uzunluğu 1056 metr olan hissədə 5648 kvm asfalt örtüyünün 1-ci qatı vurulmuş, 2-ci qatının vurulması üçün hazırlıq işləri davam edir. Eyni zamanda, həmin ərazidə şəhidimiz Rəhimli Tural Gəray oğlunun evinin qarşısı 120 metr məsafədə tədbir çərçivəsində asfaltlanmışdır.

Keçidlər