Binəqədi rayonunda tibbi-sosial aksiya keçirildi
05 may 2025 | 08:11
"Qadın Sağlamlığı Mərkəzi" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşəbbüsü ilə Binəqədi rayonunda tibbi-sosial aksiya keçirilib. Aksiyaya Bakı Patologiya Mərkəzi dəstək göstərib.
Aksiyada rayonun Mənzil-Kommunal İstismar sahələrində çalışan 200-dən çox qadın müayinə olunub.