Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirildi.

14 iyul 2022 | 11:09

YAP Binəqədi Rayon Təşkilatında Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirildi.

13 iyul 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millər vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Binəqədi Rayon Təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu və əziz xatirəsi ehtiramla yad edildi.

Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 1969-cu il 14 iyul Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətli inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu.

Sonra millət vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov məruzə nitqi ilə çıxış edərək vurğuladı ki, ulu öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz rolu hər zaman ehtiramla xatırlanmalı və gələcək nəsillərə ötürülməlidir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici əlaqələrində əsaslı dönüş yarandı, ciddi uğurlara imza atıldı.

Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız üçün sonsuz qürur və iftixar olduğunu bildirdi. Onun sözlərinə görə Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ümummilli maraqlarımıza xidmət edib. Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi, inkişafı, tərəqqisi, bütövlüyü, dünyadakı nüfuzunun artırılması, haqlı mövqeyimizin təbliğatı uğrunda fədakarcasına çalışıb. Bu gün ölkəmizdə aparılan uğurlu islahatların əsası məhz ümummilli liderin siyasi kursunun məntiqi davamıdır.

Keçidlər