Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və 15 İyun - "Milli Qurtuluş Günü"nə həsr olunmuş "Uşaqlar Bizim Gələcəyimizdir!" mövzusunda uşaq yaradıcılıq festivalı keçirildi
12 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və 15 İyun - "Milli Qurtuluş Günü"nə həsr olunmuş "Uşaqlar Bizim Gələcəyimizdir!" mövzusunda uşaq yaradıcılıq festivalı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məslətçisi Amal Əsgərov, Mərkəzin direktoru Ziyad Nəbiyev və pedaqoji heyəti, valideynlər, şagirdlər iştirak etdi.
Tədbirdə Ulu Öndərin həyat yoluna və qurtuluş tariximizə nəzər salındı mərkəzin dərnək üzvlərinin ifasında kompozisiyalar, mahnılar səsləndirilmiş, rəqslər nümayiş etdirildi. Sonda Heydər Əliyev ili və Milli Qurtuluş Günü münasibətilə mərkəzin fəal dərnək üzvləri təltif olundular.