Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Vəkil günü” qeyd edildi

29 dekabr 2022 | 15:22

28 dekabr 2022-ci il tarixində “Vəkil günü” münasibətilə Binəqədi rayonunda fəaliyyət göstərən 11 saylı Vəkil bürosunun bir sıra əməkdaşı ilə görüş keçirildi.

Görüşdə RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, büronun müdiri Azər Quliyev və büronun vəkil kollektivi iştirak etdilər.

Görüşdə çıxış edən Azər Quliyev və Yunis Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncamından danışmış və vəkillərin cəmiyyətdə insanlara  hüquqi yardımın göstərilməsindən, hər bir şəxsin hüquqlarının qanunla qorunan mənafelərinin müdafiəsindən, bununla yanaşı vəkillik fəaliyyətinin əsas prinsiplərindən ətraflı söhbət açdılar.

Yunis Hüseynov Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin Sərəncamı ilə imzalanmış Fəxri Fərmanları 11 saylı Vəkil bürosunun bir sıra əməkdaşına təqdim edərək onlara gələcək fəaliyyətində uğurlar arzu etdi.

Keçidlər