Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində rayonda görülmüş işlər mövzusunda məlumat saatı keçirildi

16 aprel 2024 | 09:31

Tədbirdə RİH başçısının müavini Sevinc Süleymanova, Aparatının məsul şəxsləri, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etdilər.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması ilə iş şöbəsinin müdiri İskəndər Cahangirzadə mövzu ilə bağlı çıxış nitqində Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən ölkəmizdə ''Yasıl dünya həmrəylik ili''nin elan edilməsi ilə bağlı tapşırıqlara əsasən qarşıda qoyulmuş hədəflərlə bağlı  məlumat verərək respublikanın şəhər və rayonlarında, həmçinin Bakı şəhərində geniş vüsətlə aparılan yaşıllaşdırma, abadlıq-quruculuq və təmizlik işlərindən danışdı.

Daha sonra natiq qarşıda duran kompleks tədbirlərlə bağlı RİH başçısının 32 nömrəli 0 mart 2024-cü tarixli Sərəncamı ilə bağlı tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

 Natiq məlumat verərək Sərəncamla təsdiq edilmiş Tədbirlər planına əsasən müəyyən edilmiş müddətlərdə görüləcək işlərlə bağlı aidiyyəti məsul şəxslərə verilmiş tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonda görüləcək işlərin RİH-nin rəsmi ninformasiya ehtiyatında, sosial şəbəkələrdə mütəmadi olaraq ışıqlandırılmasını təmin etmək məsədi ilə RİH başçısının sərəncamına əsasən aidiyyəti aidiyyəti şəxslərə verilmiş tapşırıq diqqətə çatdırıldı.

Keçidlər