Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş idman yarışlarında Yunan-Roma güləşi üzrə rayonu təmsil edən idmançılarla görüş keçirildi

18 noyabr 2022 | 16:18

18 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş idman yarışlarında Yunan-Roma güləşi üzrə Binəqədi rayonunu yüksək səviyyədə təmsil edən idmançılarla görüş keçirildi.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin direktoru Mürsəl Qafarlı, I yerin qalibi Aqil Musayev, II yerin qalibi Ceyhun İsmayılov və güləşçilərin məşqçisi Fuad Aydınlı iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qalib idmançıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı və eyni zamanda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə çoxsaylı partiya üzvlərini təbrik etdi. RİH başçısı Elxan Allahverdiyev həmçinin bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti nəticəsində vətənpərvər və intellektual gənc nəsil formalaşıb. Bu reallıq Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində də özünü təsdiqlədi.

Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda yetişdiyini diqqətə çatdıran YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, milli ruhda yetişmiş, sağlam əqidəli gənclər Azərbaycanı beynəlxalq platformalarda da layiqincə təmsil edirlər. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşən gənclərimiz müstəqil dövlətimizin parlaq gələcəyinin qurulmasında fəal iştirak edirlər: “İnanıram ki, gənclərimiz ölkəmizin inkişafı və üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün bütün imkanlarını səfərbər edəcəklər”

Lokomotiv İdman Sağlamlıq Mərkəzinin direktoru Mürsəl Qafarlı respublikamızda idman sahəsinə və idmançılara yaradılan şəraitə, göstərilən xüsusi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə idmançılar adından təşəkkürünü bildirdi.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnirin qalibləri səmimi görüşə görə tədbirin təşkilatçılarına təşəkkürlərini bildirərək, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün bütün imkanlarını səfərbər edəcəklərinə söz verdilər.

Sonda idmançılara və məşqçilərə fəxri fərman və hədiyyələr təqdim olundu.

Keçidlər