Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən 153 nömrəli körpələr evi-uşaq bağçasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.

01 iyun 2022 | 19:41

1 iyun 2022-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 6-cı mikrorayon ərazisində yerləşən 153 nömrəli körpələr evi-uşaq bağçasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, bağçanın müəllim və uşaq kollektivləri, valideynlər iştirak edib. 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Şölə İsmayılova bayram tədbirinə toplaşanları salamlayaraq, onları “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edərək uşaqların dünyada hamı üçün əziz olduğunu və dünyanın hər yerində uşaqlara qayğının və onların qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Bağçanın həyətində təşkil olunmuş bayram tətbirində müəssisədə tərbiyə alan körpələrin ifasında mahnı və rəqs nömrələri təqdim edildi.

Keçidlər