Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə abidəsi ziyarət olundu

28 aprel 2025 | 14:42

28 aprel 2025-ci il tarixində Binəqədi rayonunda yerləşən akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə abidəsi ziyarət olundu.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmaylov, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin kollektivi,  gənclər və rayon ictimaiyyəti iştirak etdilər.

Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Keçidlər