Binəqədi rayonunda Zəfər Günün beşinci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi
8 Noyabr – “Zəfər Günü” münasibətilə SOCAR Midstream Qaz Əməliyyatları şirkəti və onun Cənubi Qazqaz Boru Kəməri üzrə tərəfdaşları və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin yaxınlığında yerləşən ərazidə ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri Babək Hüseynov, Əfqan İsayev, SOCAR MGO-nun icraçı direktoru Polad Rüstəmov, SOCAR-ın, Rayon İcra Hakimiyyətinin, Xocəsən Bələdiyyəsinin, rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, eləcə də, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq 600-dən çox meşə ağacları və dekorativ kollar əkilib.
Tədbirin əsas məqsədi ölkəmizdə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdir.
Qeyd edək ki, yaşıllıq zonasının salındığı həmin ərazidə yaxın gələcəkdə əkiləcək ağacların sayının 6600-ə çatdırılmağı planlaşdırılır.









