Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun din xadimləri ilə görüş keçirildi

28 fevral 2023 | 09:38

28 fevral 2023-cü il tarixində rayonun din xadimləri ilə görüş keçirildi.

Görüşdə Binəqədi RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdir müavini Amal Məlikov və əməkdaşı Bayram İsmayılov, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və imamları iştirak etdilər.

Görüşdə rayonda mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıldı.

Görüşdə rayonda dini sahə ilə bağlı din xadimlərini maraqlandıran suallar cavablandırıldı və müvafiq tövsiyələr verildi.

Keçidlər