Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun mərkəzi küçə və prospektlərdə qeyri yaşayış obyektlərinin fasadlarında may ayının ilk həftəsi ərzində aparılan təmir-bərpa işləri

06 may 2024 | 17:45

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Binəqədi rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi, onlara aqrotexniki qulluq göstərilməsi; qeyri-yaşayış binalarının, həyətlərin, yolların, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan digər yerlərin yenidənqurulması, əsaslı və cari təmiri, eyni zamanda, rayon ərazisində abadlıq və təmizlik işləri davam etdirilir, bu məqsədlə mütəmadi iməcliklər təşkil olunur.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi və bu münasibətlə Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq sərəncamla təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində rayonun prospekt və küçələrində qeyri-yaşayış obyektlərinin fasad hissələrində memarlıq və şəhərsalma normalarına və beynəlxalq standartlara uyğun olaraq təmir-barpa işlərinin daha da intensiv aparılması davam etdirilir.

Cari ildə may ayının ilk həftəsi ərzində rayonun Z.Bünyadov prospekti, C.Xəndan küçəsi, Binəqədi şosesində yerləşən qeyri-yaşayış obyektlərinin fasadında dizayn əsasında yenilənmə işləri yekunlaşmışdır, digər küçə və prospektlərdə dizayn əsasında təmir işləri hazırda davam etdirilir.

 

Keçidlər