Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun sakinlərinin müraciətləri əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il ərzində rayonun müxtəlif qəsəbələri ərazisində həyata keçirilmiş asfaltlama işləri

04 oktyabr 2023 | 17:40

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi rayonunun sakinləri ilə keçirdiyi səyyar qəbullar və digər görüşlər zamanı qaldırılan müxtəlif məzmunlu müraciətlərin müsbət həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Görüşlər çərçivəsində rayon sakinlərini narahat edən problemlər dinlənilir, hazırlanmış tədbirlər planı əsasında mərhələli şəkildə icra olunur, eyni zamanda, aidiyyəti qurumlara müraciətlər ünvanlanır.

Cari ildə rayonun müxtəlif qəsəbələrinin sakinlərinin yaşadıqları küçələrin asfaltlanması ilə bağlı müraciətləri nəzərə alınaraq, 3470 nəfər sakinin yaşadığı 12 fərqli ünvanda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə asfalt örtüyü çəkilmiş və vətəndaş məmnunluğu təmin edilmişdir.

Belə ki, Biləcəri qəsəbə ərazisində 2 küçəyə, 28 May qəsəbə ərazisində 2 küçəyə, Xocəsən qəsəbə ərazisində 3 küçəyə, Binəqədi qəsəbə ərazisində 5 küçəyə, ümumilikdə 14893.5 kv.metr asflt örtüyü çəkilmişdir.

Keçidlər