Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi RİH başçısı Aparatı kollektivinin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Şöhrət” muzeyinə ekskursiyası təşkil edildi

05 dekabr 2023 | 11:30

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivinin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Şöhrət” muzeyinə ekskursiyası təşkil edildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri və məsul işçiləri, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri və bələdiyyə nümayəndələri iştirak etdilər.

İştirakçılar “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış oldular.

“Şöhrət” muzeyinin eksponat və stendlərində olan nadir sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

Heydər Əliyev adına Akademiyasının Şöhrət” muzeyinin nümayəndəsi Heydər Əliyevin təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı 50-ci illərin əvvəllərindən etibarən bu təsisatda apardığı təhlükəsizlik təşkilatındakı 25 illik nümunəvi xidmət yolundan, bu orqanlarda çalışarkən peşəkarlıqla həyata keçirdiyi əməliyyat kombinasiyalarından, kadr potensialının formalaşdırılması üçün Ulu Öndərin adını daşıyan DTX-nin Akademiyasının yaradılmasında dahi şəxsiyyətin əvəzsiz səylərindən, habelə Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində gördüyü ölçüyəgəlməz işlərdən ətraflı məlumat verdi.

Keçidlər