Binəqədi RİH başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə keçirdiyi səyyar görüşdə qaldırılan daha bir məsələnin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.
09 avqust 2022 | 19:07
Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin sakinlərlə keçirilən səyyar görüşlər zamanı vətəndaşların müraciətlərinə əsasən onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi üçün tədbirlər davam edir.
Növbəti dəfə RİH başçısının 04.08.2022-ci il tarixində Biləcəri qəsəbəsinin sakinləri ilə keçirdiyi səyyar görüşdə vətəndaşların müraciətinə əsasən, qaz xəttinin alçaq olması səbəbindən böyük maşınların həmin ərazidən keçə bilməməsi problemi Qaz idarəsi tərəfindən operativ şəkildə həll edilərək, qaz xətti yuxarı qaldırılmışdır.