Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” ili çərçivəsində ağacəkmə aksiyası keçirildi

04 mart 2026 | 14:53

AZƏRTAC-ın kollektivi Agentliyin 106-cı illiyini nəcib missiya ilə qeyd edib.

Belə ki, Agentliyin əməkdaşları 2 martın 2026-cı il tarixində paytaxtın Binəqədi rayonu, Sumqayıt şosesi, 15 ünvanında yerləşən parkda AZƏRTAC -ın yaşına uyğun olaraq 106 Eldar şamı əkiblər.

Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyətinin sektor müdirləri və məsul əməkdaşları da iştirak ediblər.

Bu ağacəkmə aksiyası həm də Agentliyin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində paytaxtımızın yaşıllaşdırılmasına, ətraf mühitinin sağlamlaşdırılmasına töhfəsi kimi yadda qalıb.

Keçidlər