Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 26 iyun – “Silahlı Qüvvələr Günü”nə həsr olunmuş  şahmat turniri keçirildi.

22 iyun 2022 | 14:53

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 22 iyun 2022-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində "26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş  şahmat turniri keçirilmişdir.      

Şahmat turnirinin nəticəsinə əsasən 1-ci yeri “Mübariz” komandası, 2-ci yeri “İstiqlal” komandası, 3-cü yeri “Şahinlər” komandası tutmuşdur.

Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirmişdir.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak etmişdir.  

Keçidlər