Şriftin ölçüsü :

Saytın rəngi :

Cari il ərzində Binəqədi Rayon ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq və quruculuq işləri davam etməkdədir

27 oktyabr 2023 | 13:34

Cari il ərzində Binəqədi Rayon ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq və quruculuq işləri davam etməkdədir.

Görülmüş abadlıq və quruculuq işləri çərçivəsində şəhid ailələrinin yaşadığı küçələrə asfalt örtüyü çəkilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbəsində Aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlunun ailəsinin yaşadığı İsfahani küçəsində, həmçinin, Birinci Qarabağ müharibəsində şəhid olmuş Vəliyev Mətləb Zəka oğlunun və cari ildə icra olunan antiterror əməliyyatlar zamanı şəhid olmuş İsayev İsmayıl Çərkəz oğlunun ailələrinin yaşadığı Səma küçəsinə ümumilikdə 1640 kv.metr asfalt örtüyü çəkilmişdir.

Keçidlər