Cari ilin yanvar-aprel ayları ərzində rayonun Biləcəri, Binəqədi və Xocəsən qəsəbələri ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq və quruculuq işləri həyata keçirilmişdir
02 may 2024 | 12:11
Cari il ərzində Binəqədi rayonu ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq və quruculuq işləri davam etməkdədir.
Görülmüş abadlıq və quruculuq işləri çərçivəsində küçələrə asfalt örtüyü çəkilmişdir. Binəqədi rayonu Xocəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Sənan Zamanov, Aranqala və Qəhramanlar küçələrinə, Biləcəri qəsəbəsində 1-ci Biləcəri küçəsinə və Fatmayı bağ massivində ümumilikdə 10200 kv.metr asfalt örtüyü çəkilmişdir.
Həmçinin, Binəqədi qəsəbəsinin bir sıra küçələrində 19927 p/m su xətti və 8369 p/m kanalizasiya xətti çəkilmişdir, Xocəsən qəsəbəsində şəhid Sənan Zamanov küçəsində kanalizasiya sisteminin yenidən qurulması işləri aparılmışdır.