Şriftin ölçüsü :

Saytın rəngi :

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivinin ifasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa təqdim olundu.

18 may 2022 | 20:17

16 may 2022-ci il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivinin ifasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa təqdim olundu. Azərbaycan Dövlət Musiqili Teatrında tamaşanı izləyənlərin sırasında əsərin müəllifi şair-dramaturq Hidayət Orucov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Azay Quliyev, Musa Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının yüksək profisionallıqla izləyicilərə təqdim etdiyi bu tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdən erməni şovinistlərinin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların gərgin mübarizəsini əks etdirir.

Keçidlər