Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün şəhid Rafiq Rahim oğlu Heydərovun doğum günüdür.

01 iyul 2022 | 17:59

 

O xalqlar, o dövlətlər xoşbəxtdirlər ki, öz ayaqları üzərində dayana bilirlər, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları, şəhidləri var. Şəhidlik vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etmək etməkdir. Şəhidlik könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Belə qəhrəmanlardan biri də Heydərov Rafiq Rəhim oğludur. Bu gün onun doğum günüdür!

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Şəhidin doğum günü münasibətilə onun qəhrəmanlığına həsr olunmuş xatirə lövhəsinin açılış mərasimi baş tutdu və məzarı ziyarət olundu. Şəhidimizin xatirə lövhəsinin və məzarı üzərinə gül dəstələri qoyuldu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə və fəal gənclər iştirak etdilər.

Rafiq Rahim oğlu Heydərov 01 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda dünyaya göz açmışdı. Orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlayıb. 2016-2017-ci illərdə Qusar rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rafiq Heydərov "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

TƏLTİFLƏRİ:

  

 

 

Keçidlər