Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 38-ci ildönümü münasibətilə Çernobıl əlilləri ilə görüş keçirildi

29 aprel 2024 | 12:53

Çernobıl faciəsinin 38-ci ildönümü münasibətilə 24 aprel 2024-cü il tarixində Çernobıl əlilləri ilə görüş keçirildi.

Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda və faciə zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov dünya tarixinin ən böyük texnogen qəzası–Çernobıl faciəsinin baş vermə səbəblərindən, bu faciənin tarixdə ən böyük texnogen atom qəzası kimi bütün dünyanı sarsıdan bir faciə olmasından danışdı və hər zaman dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini, onların sosial problemlərinin həllində ardıcıl tədbirlər reallaşdırıldığını diqqətə çatdırdı.

Azərbaycan Çernobıl Əlillər İttifaqının Binəqədi rayon şöbəsinin sədri Kamal Əliyev və üzvlər çernobılçılara göstərilən dövlət qayğısından, əlillərin himayə edilməsindən söhbət açdılar və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildirdilər.

Keçidlər