Şriftin ölçüsü :

Saytın rəngi :

COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Binəqədi rayonunda yenidənqurma, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir

05 avqust 2024 | 19:55

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Binəqədi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar mərkəzi küçə və prospektlərdə  təmizlik, abadlıq işləri aparılır, binalara yerləşdirilmiş standartdan kənar reklamlar çıxarılır, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və eyvanlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir. Rayon ərazisindəki qeyri-yaşayış obyektlərinin fasadlarında alkopon üzlüklər sökülərək, yeni ekoloji cəhətdən məqsədəuyğun sayılan üzlüklərlə əvəz olunur.

Eyni zamanda, rayonda keçirilən səyyar qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq, rayonda müxtəlif ünvanlarda yerləşən binaların fasadlarında təmir-bərpa işlərinin keyfiyyətlə həyata keçirilməsi sürətlə davam etdirilir

Keçidlər