Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda seminar keçirildi.

01 iyul 2022 | 18:38

İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda seminar keçirildi.

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova, Dövlət Komitəsinin Bakı şəhəri üzrə  şöbə müdiri vəzifəsini icra edən Anar Kazımov, Binəqədi RİH başçısı apratının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Peşə Təhsil Mərkəzinin rəhbər-müəllim heyəti və tələbələr iştirak etdi.

Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı apratının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov gənclərimizin Azərbaycan tarixinə, dövlətçilik ənənələlərinə və mədəni irsinə bağlılığından danışaraq tədbirin əhəmiyyətini vurğuladı.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şöbə müdiri Elnarə Kərimova çıxış edərək, dövlət din münasibətlərindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə görülən işlər barədə iştirakçılara geniş məlumat verib.

Daha sonra tədbir disskusiya formasında davam etdi.

Keçidlər