Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Qaraheybət aviasiya poliqonunda qəzaya uğraması zamanı şəhid olmuş mayor Emil Elman oğlu Əliyevin şəhadətinin birinci ildönümü münasibətilə II Fəxri Xiyabanda məzarı ziyarət olundu

30 noyabr 2022 | 11:09

Torpaqlarımızın azadlığı uğrunda ayağa qalxan xalqımız öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu göstərdi. Bir daha sübut olundu ki, Prezident İlham Əliyev xalqının dərin rəğbətini qazanan rəhbərdir. Vətən müharibəsindəki Qələbə həm də cənab İlham Əliyevin öz xalqına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərdi. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

30 noyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayaraq şəhid olmuş mayor Emil Elman oğlu Əliyevin şəhadətinin birinci ildönümü münasibətilə  məzarı ziyarət olundu.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edir,  həm də, Şanlı Zəfərimizlə fəxr edirik. Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazdı.

Anım tədbirində şəhidin anası və ailə üzvləri övladları, igid el oğulları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər