Şriftin ölçüsü :

Saytın rəngi :

“Era” tam orta ümumtəhsil məktəbində "Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirildi

13 noyabr 2025 | 16:13

12 noyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və  Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Era” tam orta ümumtəhsil məktəbində "Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Firdovsi Əsədli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi İlqar Pənahov, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin inspektoru, polis kapitanı Nərmin Məmmədova, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, “Era” tam orta ümumtəhsil məktəbin direktoru Aytəkin Abdullayeva və məktəbin kollektivi iştirak etdi.

Dövlət Himninin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən “Era” tam orta ümumtəhsil məktəbin direktoru Aytəkin Abdullayeva qonaqları salamlayaraq tədbiri açıq elan edir və iştirakçıları salamlayaraq tədbir iştirakçılarını auditoriyaya təqdim edib, tədbirin mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıldı.

Tədbirdə şıxış edən Firdovsi Əsədli narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkib. Qeyd edilib ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbilər keçirilib. İdarə rəisinin köməkçisi  Firdovsi Əsədli qeyd etdi ki, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.   

Sonra çıxış edən Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin inspektoru, polis kapitanı Nərmin Məmmədova məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verib.  

Sonda çıxış edən İlqar Pənahov bildirdi ki: “Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır. O, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.

Tədbir şagırdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

Keçidlər