“Era” ümumtəhsil tam orta məktəbində “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirildi
“Era” ümumtəhsil tam orta məktəbində “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirildi.
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Leyla Quliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nizami Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, bu möhtəşəm gün Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətinin, xalqımızın birliyinin nəticəsində qazanılmış tarixi Qələbənin rəmzidir. Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində əbədi qürur səhifəsi kimi qalacaqdır.
Tədbir çərçivəsində şagirdlər arasında müxtəlif bölmələr üzrə müsabiqələr keçirildi, vətənpərvərlik ruhunda çıxışlar, şeirlər və musiqi nömrələri səsləndirildi. Yarışların qalibləri diplomlarla təltif olundular.
Tədbir sonda “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilməsi və ümummilli birliyin, Vətən sevgisinin təntənəsi ilə başa çatdı.









