“Erkən nigah fiziki və mənəvi bəladır” mövzusunda diskussiya formatında tədbir keçirildi
31 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nigah fiziki və mənəvi bəladır” mövzusunda diskussiya formatında tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Aydan Sabirli, Binəqədi Rayon Ağbirçəklər Şurasının sədri Almaz Hacıyeva, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi-polis kapitanı Orxan Məmmədli, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Carçıyev, mərkəzin pedoqoji heyəti və tələbələri iştirak etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev qonaqları salamlayaraq tədbirin mahiyyəti barədə ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.
Daha sonra çıxış edənlər - Binəqədi Rayon Ağbirçəklər Şurasının sədri Almaz Hacıyeva və Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə gənclər arasında ailə dəyərlərinin vacibliyini və erkən nikahla bağlı maarifləndirmənin əhəmiyyətini vurğuladılar. Gənclər arasında nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu və maariflənmənin vacibliyini diqqətə çatdırdılar.
Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Aydan Sabirli iştirak edən gənclərə erkən nikahın fəsadlarını geniş izah edərək bildirdi ki, erkən nikahlar ana və uşaq ölümlərinin sayının artmasına, yeniyetmələrdə pepreduktiv sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
Tədbir tələbələrlə aktiv şəkildə disskusiya formatında davam etdi.