Şriftin ölçüsü :

Saytın rəngi :

"Erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

16 may 2022 | 14:49

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə erkən nikahlar mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətini məsul əməkdaşı İlqar Pənahov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi rayon 283 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi, Binəqədi Gənclər Evinin psixoloqu Nərmin İsmayılova, qonaqlar və məktəblilər iştirak etmişdir.

İlk öncə psixoloq Nərmin İsmayılova məktəblilərlə erkən nikahlar, onların fəsadları və nəticələri, bunların aradan qaldırılması istiqamətlərində müzakirələr aparmış, məktəblilərin fikirləri dinlənilmiş, psixoloq tərəfindən onlara tövsiyələr verilmişdir.

Tədbirin növbəti hissəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində fəaliyyət göstərən Teatr klubu tərəfindən maarifləndirici tamaşa göstərilmiş və məktəblilər tərəfindən maraqla izlənilmişdir.

Keçidlər