Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı mina partlayışı nəticəsində yaralanan qazi-leytenant Şamxal Şakir oğlu Əlizadəni evində ziyarət edildi
19 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 2022-ci il sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı mina partlayışı nəticəsində yaralanan qazi-leytenant Şamxal Şakir oğlu Əlizadəni evində ziyarət etdi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının birinci müavini Leysan Məmmədov, RİH başçısının müavini Leysan Məmmədov Hacıbaba Babayev, RİH Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov və RİH başçısısını Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov iştirak etdilər.
Raron İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürünü bildirməklə, onun qayğıları ilə maraqlandı, tezliklə sağalması və öz təcrübəsini gələcək nəsillərə öyrətməsini arzuladı.
Görüş zamanı igid qazimiz döyüş xatirələrindən bəhs etdi, qazinin anası övladı ilə qürur duyduğunu bildirdi. Onlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə etdilər.