F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin şagirdlərinin ifasında təntənəli konsert proqramı həyata keçirildi
03 noyabr 2023-cü il tarixində F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, Azərbaycan Respubliklasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şuşa şəhərinin 2023- cü il üçün Türk dünyasının paytaxtı” elan edilməsi və Beynəlxalq Türk Mədəniyyət Təşlikatı olan “TÜRKSOY”-un yaradılmasının 30 illik yubileyinə həsr olunmuş F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət “Şuşa Türk dünyasının mədəni paytaxtıdır” adlı rəsm-kataloqunun təqdimatı ilə təntənəli konsert proqramı həyata keçirildi.
Konsertdə Türk xalqlarının mahnı və rəqsləri, milli ritmlərindən ibarət musiqi çələngi təqdim edildi.
Konsert proqramında Azərbaycan Respublikası Beynəlxalq Türk Mədəniyyəti təşkilatının daimi nümayəndəsi Elçin Qafarlı olmaqla nümayəndə heyəti, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşı, F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin direktoru Adilə Yusifova və məktəbin kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Şuşa Azərbaycan xalqının taleyində, tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Ümumən, Qarabağ şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar diyarıdır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarixi-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən həyat qayıdır.
8 noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarının təbrik edən qonaqlar əlavə etdilər ki, “bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu Qələbəni, zəfəri bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməmiş bütün şəhidlərimizi daim dərin ehtiramla yad edirik. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olacaqdır.”