Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Şanlı Zəfər tariximizin 5 illiyinə həsr olunmuş "Zəfər bayrağı" adlı tədbir keçirildi
04 noyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Şanlı Zəfər tariximizin 5 illiyinə həsr olunmuş "Zəfər bayrağı" adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının məsul əməkdaşları, şəhid ailələri, məktəbin şagird və müəlim kollektivi iştirak etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.
Daha sonra məktəbin şagird və müəllimlərinin ifasında konsert proqramı təqdim edildi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin övladlarının ifasında şeirlər səsləndi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə onlara hədiyyələr təqdim edildi.
Sonda xatirə fotosu çəkildi.









