Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender Əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzi”ndə və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”ndə monitorinq həyata keçirildi

24 oktyabr 2025 | 14:36

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər planının və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş məktubun icrası ilə əlaqədar olaraq, Komissiyanın üzvləri Orxan Əliyev və Tural Həsənovun iştirakı ilə 20 oktyabr 2025-ci il tarixində Binəqədi rayonunda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Gender Əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzi”ndə və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi”ndə monitorinq həyata keçirildi.

Monitorinq zamanı müəssisələrdə yaradılmış şəraitlə tanış olundu, orada yaşayan zorakılıq qurbanları ilə söhbətlər aparıldı, müəssisə rəhbərləri ilə zorakılıq qurbanlarının fiziki və psixoloji cəhətdən cəmiyyətə yenidən inteqrasiya edilmələri, habelə onların mövcud problemlərinin aradan qaldırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.

Keçidlər