Görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirildi
25 aprel 2024-cü il tarixində Binəqədi rayonunda yerləşən akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, RİH başçısı Aparatının şöbə müdirləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aygün Məmmədbəyli, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Binəqədi Gənclər Evinin ,bələdiyyələrin, təhsil, səhiyyə müəssisələrinin kollektivi, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Daha sonra tədbir M. Maqomayev adına 26 № li Onbirillik Musiqi Məktəbində davam etdi.
Tədbir iştirakçıları xalqımız üçün böyük xidmətləri ilə zəngin həyat yolu keçirmiş akademik Zərifə xanım Əliyeva haqqında hazırlanmış video çarxı izlədilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr vermiş və bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf etmişdir. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Görkəmli elm xadiminin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat və təşkilati-metodik” bölməsinin müdiri, AOC-un sədr müavini Yazgül Abdıyeva çıxışında akademik Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolundan, görkəmli oftalmoloq kimi peşəkar həkim fəaliyyətindən, Azərbaycan tibb elminn inkişafına verdiyi töhvələrdən söhbət açdı .
Daha sonra tədbir M. Maqomayev adına 26 № li Onbirillik Musiqi Məktəbənin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.