Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq mərkəzində yaşayan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak etdilər

25 dekabr 2025 | 16:47

24 dekabr 2025-ci il tarixində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq mərkəzində yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olundu.

Şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak etdilər.

Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.

Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olundu.

Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim etdi, balacaların sevincinə şərik oldular.

Keçidlər