Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarış keçirildi

01 may 2023 | 10:17

1 may 2023-cü il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın keçirildi.

Yarış Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyimizin bərpası uğrunda həlak olmuş qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və Dövlət himnimizin səslənməsindən sonra açıq elan edildi.

Çıxış edən Komitə sədri Bahar Muradova qonaqları salamlayaraq, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər sırasında uşaqların iştirakı ilə keçirilən tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi və yarış iştirakçılarına uğurlar arzu etdi.

Yarışda iştirak edən Binəqədi rayon komandası keçirilən 7 turun nəticələrinə əsasən III yerə layiq görüldü.

Yarışmada fərqlənən gəncləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik.

Keçidlər