Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər məscidində Müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıldı.

25 aprel 2022 | 16:11

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Heydər məscidində Müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıldı.

İftar mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, şəhid ailələri, qazilər, müharibə veteranları və İlahiyyat İnstitutunun tələbələri iştirak etdilər.

Tədbirdə çıxış edənlər Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd edərək, şəhid ailələrinə diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğunu bildirdilər. Çıxış edənlər dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, Ramazan ayının fəzilətindən bəhs etdilər.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər