Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirildi

10 iyun 2024 | 10:43

06 iyun 2024-cü il tarixində İctimai İaşə və Xidmət  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşları Amal Məlikov və Nuru İmanov, İctimai İaşə və Xidmət  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova və tələbələr iştirak etdilər.

Qeyd edək ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü” kimi qeyd edilir.

Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verildi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışıldı.

Tədbirdə dini radikalizmin, dini ekstremizmin, xurafatın cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında ətraflı məlumat verildi.

Diskussiya formatında keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər