Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın sədri İradə Bağır qızı Rizazadə rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi

05 avqust 2026 | 14:02

05 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri İradə Bağır qızı Rizazadə rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman dövlət-vətəndaş münasibətlərini, vətəndaş cəmiyyətinin inkişafını və ictimai həmrəyliyin təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirdiyini qeyd etdi. Sevinc Süleymanova ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi xidmətlərə görə İradə xanımı kollektiv adından təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

İradə Rizazadə vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi davamlı diqqət və hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Keçidlər