İdrak liseyində "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş "Qəhrəmanlıq hekayəsi" adlı tədbir keçirildi
İdrak liseyində "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş "Qəhrəmanlıq hekayəsi" adlı tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Quliyeva, milli qəhrəman Polad Həşimovun, Nicat Tarıverdiyevin ailə üzvləri, yaxınları, İdrak liseyində təhsil alan şəhid övladlarının valideyinləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Daha sonra şagirdlərin iştirakı ilə “Qəhrəmanlıq hekayəsi” adlı tamaşa, şəhid övladları ilə Zamiq Hüseynovun ifasında “Mənim atam qəhrəmandır” mahnısı və rəqs qrupunun iştirak ı ilə "Zəfər"rəqsi nümayiş olundu.
Sonda Zəfər Gününə həsr olunmuş şahmat və futbol yarışlarının qalibləri diplomlar ilə təltif olundular.
https://www.youtube.com/watch?v=OUKI1kSmWgc