Şriftin ölçüsü :

Saytın rəngi :

İrlandiyadakı Latviya Diasporasının nümayəndələri Binəqədi rayonuna səfər etdilər

04 may 2023 | 09:36

4 may 2023-cü il tarixində İrlandiyadakı Latviya Diasporasının nümayəndələri Bakı şəhəri Binəqədi rayonuna səfər etdilər.

Səfər çərçivəsində Binəqədi rayonu ərazisində gəzinti təşkil edildi, o cümlədən Heydər Məscidi də ziyarət olundu.

Daha sonra Binəqədi qəsəbəsində yerləşən Mərkəzi Mədəniyyət evində İrlandiyadakı Latviya Cəmiyyətinin “eLVe” xoru və Binəqədi rayonu 276 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə birgə konsert proqramı keçirildi.

Tədbirdə Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın şöbə müdiri və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak etdilər.

Sonda hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.

Keçidlər