Şriftin ölçüsü :

Saytın rəngi :

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Binəqədi rayonunda hər həftənin şənbə və bazar günləri “Kənddən Şəhərə” satış yarmarkası təşkil edilir.

11 iyun 2022 | 18:17

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər həftənin şənbə və bazar günləri Binəqədi rayonunda Azərbayan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kənd təsərrüfatı məhsullarının “Kənddən Şəhərə” satış yarmarkası (Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B “İnqilab” kinoteatrının yanı) ünvanında təşkil edilir.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaq, sakinlərin yerli kiçik və orta fermer təsərrüfatı məhsullarına əlçatanlığını vasitəçilərin sayını azaltmaqla təmin etməkdən ibarətdir.

Keçidlər