Şriftin ölçüsü :

Saytın rəngi :

“Kids Era” körpələr evi-uşaq bağçasında 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir!” adlı tədbir keçirildi

02 iyun 2025 | 12:55

30 may 2025-ci il tarixində “Kids Era” körpələr evi-uşaq bağçasında 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir!” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, “MedEra”Hospitalının rəhbəri Qaraxan Əliyev, Aynur Əliyeva, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə, bağçanın müdiri Sevda Quliyeva, müəllimlər və uşaqlar iştirak etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Bağçanın müdiri Sevda Quliyeva qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi və "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova körpə fidanları "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edərək qeyd etdi ki, dövlətimiz hər zaman diqqət və qayğı ilə əhatə olunan gələcəyimiz olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən əsas vəzifələrindən biri hesab edir. Azərbaycanda uşaqların xoşbəxt böyümələri, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atılır.

Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə uşaqları bayram münasibətilə təbrik edərək, onlara kitablarını hədiyyə etdi.

Sonra uşaqlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxudular, şeirlər söylədilər, bədii kompozisiyalar nümayiş etdirdilər. Uşaqların hazırladığı proqram iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda uşaqlara Fəxri fəmanlar təqdim olundu.

Keçidlər