Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayonu 335 № li tam orta məktəbdə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onlara tibbi və psixoloji dəstəyin göstərilməsi, habelə Himayədar ailə institutunun təşviqi və bu sahədə məlumatlılığın artırılması məqsədilə “Sən tək deyilsən!” mövzusunda maarifləndirici tədbir keçirildi

28 oktyabr 2025 | 12:58

23 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayonu, 335 № li tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onlara tibbi və psixoloji dəstəyin göstərilməsi, habelə Himayədar ailə institutunun təşviqi və bu sahədə məlumatlılığın artırılması məqsədilə “Sən tək deyilsən!” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri (YYÇİ) və hüquqlarının müdafiəsi (HM) üzrə Komissiyasının məsul katibi Zülfiyyə Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin rəis müavini, polis kapitanı Əli Məmmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətlərin təşkili Departamentinin böyük mütəxəssisi Nurlana Məmmədova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Bakı Narkoloji Mərkəzi və “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İnsan Hüquqları Təşkilatının psixoterapevti Günay Babayeva, Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri (YYÇİ) və hüquqlarının müdafiəsi (HM) üzrə Komissiyasının məsul katibi Aynur Abbasova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Bələdiyyə sədri Bəylər Həsənov, məktəb direktorları, məktəb psixoloqları, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. 

Moderatorun çıxışı ilə açılan tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc SüleymanovaBakı Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsul katibi Zülfiyyə Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin rəis müavini, polis kapitanı Əli Məmmədov, Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətlərin təşkili Departamentinin böyük mütəxəssisi Nurlana Məmmədova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Bakı Narkoloji Mərkəzi və “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İnsan Hüquqları Təşkilatının psixoterapevti Günay Babayeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirdilər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

Keçidlər