Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Hematalogiya və Transfuziologiya Mərkəzi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Talasemiyasız həyat naminə” şüarı altında qanvermə aksiyası baş tutub.

13 aprel 2022 | 17:16

Milli Hematalogiya və Transfuziologiya Mərkəzi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 13 aprel 2022-ci il tarixində Milli Hematalogiya və Transfuziologiya Mərkəzində “Talasemiyasız həyat naminə” şüarı altında qanvermə aksiyası baş tutub.

Talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə keçirilən bu aksiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçisi İlqar Pənahov və rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Mərkəzi Qan Bankının tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Məlumat üçün qeyd edək ki, Talassemiya Mərkəzi 2009-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Talassemiya Mərkəzinin yaradılması, mərkəzdə göstərilən xidmət yüzlərlə bu xəstəlikdən əziyyət çəkən insanlara dövlətimizin diqqət və qayğısının əsas göstəricisidir.

Keçidlər