Şriftin ölçüsü :

Saytın rəngi :

M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində 8 Noyabr - "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirildi

05 noyabr 2022 | 07:19

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva və digər səlahiyyətli şəxslər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyünün uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Sonra ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik fikirlərini, qələbəmizi əks etdirən video-çarx nümayiş olundu.

Daha sonra məktəbin müəllim və şagirdlərinin iştirakı ilə bəstəkar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Müslüm Maqomayevin, Adil Gərayın, Tofiq Bakıxanovun, Ələkbər Tağıyevin, Bəhram Nəsibovun, Əlibaba Məmmədovun, Şahin Musaoğlunun vətənpərvərlik mövzusunda əsərləri yüksək zövq ilə səsləndi.

Konsertin sonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Müzəffər Ordumuzun qələbə xəbərini əks etdirən tarixi çıxışı tədbir iştirakçılarına nümayiş olundu.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva çıxış edərək bu tarixi Qələbəni bizə yaşadan Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun əsgər və zabit heyətinə, vətən uğrunda şəhid olmuş igid oğullarımıza və qazilərimizə minnətdar olduğumuzu vurğuladılar. Şəhidlərimizin ailələrinə Uca Tanrıdan səbr, yaralı qazilərimizə şəfa dilədilər, tədbir iştirakçılarını və gənc musiqiçiləri "Zəfər Günü" münasibəti ilə və uğurlu çıxışlarına görə təbrik etdilər, gənc istedadlara və onların müəllimlərinə yeni-yeni müvəffəqiyyətlər arzu etdilər.

Sonda Sevinc Süleymanova Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 65 illik yubileyi və rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə M.Maqomayev adına 26 nömrəli 11 İllik Musiqi Məktəbinin direktoru Gülşən Quliyevaya Fəxri Fərmanı təqdim etdi və şərəfli fəaliyyətində ona uğurlar arzu etdi.

Keçidlər