Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu və əziz xatirəsi ehtiramla yad edildi
10 may 2026 | 08:01
10 May 2026-cı il tarixində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular və əziz xatirəsini ehtiramla yad etdilər.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiram və minnətdarlıqla anırıq!









