Müqəddəs Qurban bayramı ərəfəsində aztəminatlı ailələrə "Qurban payı" paylanıldı
05 iyun 2025 | 17:56
Müqəddəs Qurban bayramı ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə rayonumuz ərazisində yaşayan aztəminatlı ailələrə və rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının üzvlərinə "Qurban payı" paylanılmışdır.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə hər kəsə xoşbəxtlik, əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Qurban bayramınız mübarək olsun!