Müqəddəs Qurban bayramı münasibətilə "Azərbaycan Uşaqları" İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirildi
28 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 2-ci patrul bölüyünün təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Vətən müharibəsi qazilərinin iştirakı ilə müqəddəs Qurban bayramı münasibətilə "Azərbaycan Uşaqları" İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək, onlara dəstək olmaq və bayramlarını daha yaddaqalan etmək məqsədilə bayram tədbiri keçirildi.
Tədbir iştirakçıları balacaları öz diqqət qayğıları ilə sevindirdilər.
Tədbir çərçivəsində "Azərbaycan Uşaqları" İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün bayram süfrəsi ətrafında əyləncəli şou-proqram təşkil olundu və xatirə hədiyyələri təqdim edildi.